"Xocalıya ədalət" videoçarxları Lüksemburqda 97 rəqəmsal ekranda yayımlanıb
"LuxAz" Lüksemburq Azərbaycan Dostluq Assosiasiyası "Place Emile-Hamilius" meydanında və iş mərkəzlərində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı genişmiqyaslı maarifləndirmə aksiyası həyata keçirilib.
"Report"un Avropa bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan kampaniya birbaşa yerli ictimaiyyətə hədəflənib.
Kampaniyanın ən diqqətçəkən hissəsi, "Justice for Khojaly" (Xocalıya ədalət) məlumat çarxlarının Lüksemburq şəhərində yerləşən 97 strateji ofis binasının rəqəmsal ekranlarında yayımlanmağı olub.
Gün ərzində davam edən bu vizual təbliğat paytaxtın işgüzar dairələrini və geniş auditoriyanı əhatə edərək faciə barədə beynəlxalq məlumatlılığı artırıb.
Eyni zamanda, şəhərin Place Émile-Hamilius meydanında sakinlərə faciənin tarixi faktlarını, rəqəmləri və beynəlxalq hüquqi aspektlərini əks etdirən vərəqələr paylanılıb. Yerli vətəndaşlara 1992-ci ilin 26 fevralında baş vermiş insanlıq əleyhinə cinayət barədə ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













