Əli Laricani: Tezliklə İrana yeni rəhbər seçiləcək
Far.Az xəbər saytı

Əli Laricani: Tezliklə İrana yeni rəhbər seçiləcək


Tezliklə İranda müvəqqəti Rəhbərlik Şurası formalaşdırılacaq və yeni Rəhbər seçiləcək.

"Far.Az" "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Konstitusiyaya uyğun olaraq, varis seçilənə qədər ali liderin vəzifələrini icra edəcək rəhbər şura formalaşdırılıb", - Laricani bildirib.

Daha əvvəl IRNA agentliyi xəbər verib ki, İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin başçısı və Konstitusiya Keşikçiləri Şurasının üzvlərindən biri ali lider Əli Xameneinin vəfatından sonra respublikaya müvəqqəti rəhbərlik edəcəklər.

İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər