Özbəkistan zəvvarların Ümrəyə göndərilməsini dayandırıb
Özbəkistandan zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə göndərilməsi hava məkanının bağlanması və Yaxın Şərqin bir sıra ölkələrində uçuşların ləğvi səbəbindən dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Dini İşlər Komitəsi məlumat yayıb.
"Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi vətəndaşlara bu bölgədəki ölkələrə səyahət etməkdən çəkinməyi və orada yaşayan soydaşlarımıza ehtiyat tədbirlərini gücləndirməyi tövsiyə edir. Bu vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə Özbəkistan Müsəlmanları Ruhani İdarəsi və tur operatorları tərəfindən təşkil edilən Ümrə səfərləri müvəqqəti olaraq dayandırılır", - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, 2 mart 2026-cı il tarixinə planlaşdırılan Daşkənd-Ciddə reysi Özbəkistan Müsəlmanları Ruhani İdarəsi tərəfindən dayandırılıb.
"Uçuşların bərpası rəsmi mənbələr vasitəsilə əlavə olaraq elan ediləcək. Həmvətənlərimizdən bu vəziyyəti düzgün başa düşmələrini və rəsmi məlumatlara əməl etmələrini xahiş edirik", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir - YENİLƏNİB
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













