Miryam Regev: İsrail gələn həftə hava məkanını açacaq
Far.Az xəbər saytı

Miryam Regev: İsrail gələn həftə hava məkanını açacaq


İsrailin hava məkanının tədricən açılması gələn həftə başlayacaq.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə İsrailin nəqliyyat naziri Miryam Regev bəyanat verib.

O qeyd edib ki, gözləntilərə baxmayaraq, İsrailin hava məkanı bu axşam açılmayacaq:

"İsrailin hava məkanı hələ də bağlıdır. Hazırkı mərhələdə biz qonşu ölkələrlə əlaqə saxlayırıq və minlərlə İsrail vətəndaşı quru sərhədləri vasitəsilə evlərinə qayıdıb. Mən Mülki Aviasiya İdarəsinin direktoruna aviaşirkətlərin nümayəndələri ilə görüş keçirməyi tapşırdım ki, onlar təhlükəsizlik vəziyyətinin inkişafından asılı olaraq gələn həftə başlayacaq hava məkanının tədricən açılmasına hazır olsunlar".

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər