"Instagram" son 3 ayda Azərbaycandakı bazar payının 64 %-ni itirib
Ötən ay Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un payı 39,80 % təşkil edib.
"Far.Az"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 10,92 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18,15 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 0,69 faiz bəndi azalaraq, il ərzində isə 10,50 faiz bəndi artaraq 21,93 % təşkil edib.
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 4,26 faiz bəndi, illik isə 24,40 faiz bəndi azalaraq 16,85 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 64 % təşkil edib).
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 2,16 faiz bəndi, illik müqayisədə isə 8,61 faiz bəndi azalaraq 8,83 % təşkil edib.
İlk beşliyi 5,79 %-lik bazar payı ilə "LinkedIn" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,94 faiz bəndi, illik müqayisədə isə 4,34 faiz bəndi artıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
"Instagram" bir ayda Azərbaycandakı bazar payının 22 %-ni itirib
"ChatGPT" son iki ayda Azərbaycandakı bazar payının 10 %-ni itirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













