Zəngilanda  qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
Far.Az xəbər saytı

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb


2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib.

"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur.

Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. Onun 3 milyon 894,9 min manatı (3,1 dəfə çox) emal sənayesinin, o cümlədən 524,6 min manatı (1,9 % çox) geyim istehsalının, 258,2 min manatı (4,5 dəfə çox) tikinti materiallarının istehsalının, 2 milyon 782,3 min manatı (4,7 dəfə çox) maşın və avadanlıqların quraşdırılması və təmirinin payına düşüb. İstehsal edilən sənaye məhsulun müvafiq olaraq 1 milyon 125,9 min manatını (20,9 % az) isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı təşkil edib.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər