Baş Prokurorluq və UNODC COP29 zamanı yüksək səviyyəli plenar iclas təşkil edəcək
Far.Az xəbər saytı

Baş Prokurorluq və UNODC COP29 zamanı yüksək səviyyəli plenar iclas təşkil edəcək


Azərbaycan prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan baş prokuroru Kamran Əliyev Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İllik Konfransı və Ümumi Yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyətlidir.

K.Əliyev söyləyib ki, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və etimadın, eləcə də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Həmçinin, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağı qeyd edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
Kamran Əliyev özbəkistanlı həmkarını Bakıda Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər