EBRD Azərbaycanı energetika sahəsində iki qitə arasında körpü adlandırıb
Azərbaycan energetika sahəsində iki qitəni birləşdirən əsl körpü funksiyasını yerinə yetirir.
"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avrasiya regionu üzrə energetika departamentinin direktoru Şule Topçu Kılıç Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası zamanı bildirib.
"EBRD regionda enerji keçidinə dəstək verməkdən qürur duyur, "yaşıl" enerji dəhlizləri çərçivəsində strateji tərəfdaşlığın möhkəmlənməsini, həmçinin Azərbaycan ilə digər dövlətlər, o cümlədən Gürcüstan, Türkiyə, Rumıniya, Macarıstan, Bolqarıstan, Özbəkistan və Qazaxıstan arasında nəqliyyat və rəqəmsal əlaqələrin gücləndirilməsini alqışlayır – onların hamısı EBRD-in əməliyyat apardığı ölkələr sırasına daxildir", - o deyib.
Ş.Kılıç hesab edir ki, Azərbaycan bütün bu dövlətləri birləşdirərək və dünyanın iki qitəsi arasında əsl körpü rolunu oynayaraq burada son dərəcə mühüm mərkəzi yer tutur.
"Bu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi böyük həcmdə bərpa olunan enerji tələb edəcək, bunu da həm Azərbaycan, həm də bütövlükdə region təmin etmək iqtidarındadır", - o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Prezidentin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslar keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Qarakənd faciəsindən 35 il ötür
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













