Ərdoğan: Türkiyə terrorla mübarizədə Pakistanın yanındadır - YENİLƏNİB
Türkiyə Pakistanda baş verən terror aktlarını qınayıb və terrorla mübarizədə İslamabadın yanında olduğunu bəyan edib.
"Far.Az" Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
Söhbət zamanı liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan İrana qarşı hücumlarla başlayan münaqişəli proseslə əlaqədar bölgədə diplomatiyanın yenidən işə salınmasının böyük fayda verəcəyini, Türkiyənin bunun üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu açıqlayıb.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Pakistan Başbakanı Şahbaz Şerif ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. İletişim Başkanlığı (@iletisim) March 3, 2026
Liderler Türkiye ile Pakistan ikili ilişkilerini, bölgesel ve küresel konuları ele aldı.
Cumhurbaşkanımız görüşmede, Pakistan’da gerçekleşen terör…
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
"Far.Az" xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin "X"dəki hesabında məlumat yayılıb.
"Bu axşam əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə etmək üçün telefon danışığım oldu", - paylaşımda bildirilib.
Söhbət zamanı Şahbaz Şərif İsrailin İrana hava zərbələrini və İslam Respublikasının Fars körfəzi bölgəsindəki ölkələrə hücumlarını pisləyib:
"Prezident Ərdoğanı qardaş Körfəz ölkələrinin rəhbərliyi ilə əlaqə qurmaq cəhdlərim barədə məlumatlandırdım və Pakistanın onlarla tam həmrəyliyini, eləcə də gərginliyin azaldılmasına və dialoqa kömək etməkdə konstruktiv rol oynamağa hazır olduğumuzu təsdiqləyirəm. Biz razılaşdıq ki, bütün tərəflərin maksimum təmkinli olması gərginliyin daha da artmasının qarşısını almaq üçün son dərəcə vacibdir".
Pakistan və Türkiyə liderləri Əfqanıstandakı son hadisələr barədə də fikir mübadiləsi aparıb, regionda sülhə doğru ortaq səylər çərçivəsində sıx əlaqədə qalmağa razılaşıblar.
Had a telephone conversation this evening with my very dear brother President Recep Tayyip Erdoğan of the Republic of Turkiye, to discuss the escalating situation in the Middle East.
— Shehbaz Sharif (@CMShehbaz) March 3, 2026
I strongly condemned the Israeli attack on Iran and the subsequent regrettable attacks on…
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bu günün valyuta məzənnələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
-
Bakıda avtobus kişini vuraraq öldürüb
-
Şəkidə yük avtomobili yanıb
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
-
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.04.2026)
-
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.04.2026)













