SEPAH: ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini ölüb
Far.Az xəbər saytı

SEPAH: ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini ölüb


Fevralın 28-dən bəri ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

Daha əvvəl İranın Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin birgə hərbi əməliyyatı başlayandan bəri 787 nəfərin həlak olduğu və 504 obyektə 1 039 zərbə endirildiyi barədə məlumat verib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək, ona qarşı hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb. Bundan əlavə, İran Silahlı Qüvvələri ABŞ-nin bir sıra Yaxın Şərq ölkələrində yerləşən hərbi bazalarına hücum edib.

Oxşar xəbərlər

"McDonald's Azərbaycan" və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər