Xalça Muzeyinin eksperti: Azərbaycana məxsus xalçalar onillərlə erməni xalçası adı ilə təbliğ olunub
Azərbaycana məxsus xalçalar onillərlə erməni xalçası adı ilə tanınıb, təbliğ edilib.
Bunu "Far.Az"a müsahibəsində Milli Xalça Muzeyinin eksperti, əməkdar xalçaçı rəssam Məhəmmədhüseyn Hüseynov deyib.
Rəssam indinin özündə də belə hallara az da olsa, rast gəlinə biləcəyini istisna etməyib.
"Lakin son illərdəki mədəni təbliğatımız bu kimi halları minimuma endirib. Üstəlik, artıq dünyada Azərbaycan xalçası özünün elementləri ilə seçilir, onu tanıyırlar. Sovet dönəmində də Azərbaycan xalçası SSRİ-nin xaricə ixrac etdiyi məhsul idi. Yəni bizim xalçamız hər dövrdə müvafiq xətt üzrə inkişaf edib".
Ekspert bildirib ki, dünyada Azərbaycan xalçaçılığı anlayışı var və kifayət qədər də tanınır.
"Dünyanın böyük şəhərlərinə get, Nyu-Yorkdan Qahirəyə qədər qalereyalarda, muzeylərdə Azərbaycan xalçası var, məşhurdur və tanınır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Xalçaçı rəssam: Dünyada azərbaycanlılar qədər ornament yaradan ikinci bir xalq yoxdur – MÜSAHİBƏ
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Qubada yol tamamilə çökdü
-
Ciqan valideynlikdən məhrum oluna bilər













