Serbiyada ÜDM artımının iki ilə qədər təxminən 11,9 faiz təşkil edəcəyi gözlənilir
Far.Az xəbər saytı

Serbiyada ÜDM artımının iki ilə qədər təxminən 11,9 faiz təşkil edəcəyi gözlənilir


Serbiyada ÜDM artımının bu il 3 faiz, 2028-ci ilə qədər isə təxminən 11,9 faiz təşkil edəcəyi gözlənilir.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın Baş naziri Curo Matsut bildirib.

O qeyd edib ki, bu, məhsuldarlığın artımı, texnoloji yenilənmə və dayanıqlı investisiya mühiti əsasında təmin olunmalıdır:

"Ümumilikdə, 2025-ci il çətin beynəlxalq şəraitdə, Avropanın bəzi iqtisadi seqmentlərində yavaşlama və qlobal bazarlarda qeyri-sabitlik fonunda başa çatdı. Serbiya isə 2025-ci ili iki faiz real ÜDM artımı ilə başa vurub və belə bir mühitdə artımın qorunması iqtisadiyyatın dayanıqlığını və son illərdə formalaşdırılmış makroiqtisadi çərçivənin sabitliyini təsdiqləyir".

Baş nazir əlavə edib ki, ötən il hökumətin əsas prioritetlərindən biri qiymət sabitliyinin qorunması və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması olub: "2025-ci il ərzində inflyasiya tədricən azaldılıb və cari ilin yanvar ayı üzrə 2,4 faiz təşkil edib. Bu nəticə monetar və fiskal siyasətin koordinasiyası, eləcə də qiymət təzyiqlərinin azaldılmasına yönəlmiş konkret tədbirlər hesabına əldə olunub. Qiymətlərin sabitləşməsi ilə paralel olaraq əməkhaqları da artıb. 2025-ci ilin dekabrında Serbiyada orta aylıq xalis əməkhaqqı ilk dəfə min avronu keçərək 1 059 avro olub".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər