Finlandiya nüvə silahlarının tranzitinə qoyulan qadağanın ləğvini müzakirə edir
Finlandiya hökuməti nüvə silahlarının öz ərazisindən tranzitinə qoyulan qadağanı ləğv etməyi düşünür.
"Report" xəbər verir ki, bu barədə "Yle" televiziya və radio şirkəti hökumət mənbələrinə istinadən məlumat yayıb.
Hazırda bu cür silahların daşınmasına məhdudiyyətlər Nüvə Enerjisi Qanununda təsbit olunub. Xüsusilə, qadağa quru və dəniz yolu ilə, eləcə də ölkənin hava məkanından tranzitə şamil edilir.
Finlandiya Müdafiə Nazirliyi qanunvericilikdə dəyişiklik edilməsini nəzərdən keçirir. Qadağanın ləğvi qərarı Finlandiyanın NATO-ya bu yaxınlarda qoşulması və regiondakı mürəkkəb geosiyasi vəziyyət kontekstində müzakirə olunur.
Məhdudiyyətlər aradan qaldırılarsa, ittifaq ölkələrindən nüvə silahlarının Finlandiya ərazisindən tranzitinə icazə veriləcək.
Finlandiya Prezidenti Aleksandr Stubb fevral ayında ölkənin NATO-nun nüvə silahı planlaşdırmasında iştirak etdiyini, lakin nüvə silahı dövləti olmadığını və olmayacağını qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













