İqtisadiyyat naziri: "2018-ci ilə nisbətən vergi daxilolmaları 2,2 dəfə artıb"
2025-ci ildə Azərbaycanda vergi daxilolmaları 16,4 milyard manat təşkil edib ki, bu da son illərin ən yüksək nəticəsi hesab olunur.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar" adlı forumda bildirib.
"2025-ci ildə vergi daxilolmaları 2018-ci illə müqayisədə 2,2 dəfə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 dəfə artıb. Ötən il vergi daxilolmalarının ümumi daxili məhsulda (ÜDM) payı 12,7 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13 % olub ki, bu da 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artım deməkdir", - deyə M. Cabbarov bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2018-ci illə müqayisədə 2,2 faiz bəndi artaraq 9,9 %-ə çatıb: "Qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək münasibətlərinin leqallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, 2025-ci ildə bu sektorda əmək müqavilələrinin ümumi müqavilələrdə xüsusi çəkisi 2019-cu ildəki 38,5 %-dən 54,4 %-ə yüksəlib. Həmçinin sektorda əmək müqavilələrinin sayı 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib













