Mikayıl Cabbarov: "Azərbaycanda startaplar üçün daha rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq"
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi və startaplar üçün daha rəqabətqabiliyyətli vergi şəraiti yaradılacaq.
"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda təşkil olunan "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, ölkədə rəqabətqabiliyyətli və innovasiyayönümlü biznes mühitinin formalaşdırılması istiqamətində İKT sektoru, startaplar, həmçinin yüksəkixtisaslı kadrlar üçün daha elastik vergi siyasətinin həyata keçirilməsi planlaşdırılır.
"Bu sahədə süni intellekt texnologiyalarının istifadəsinə istiqamətlənmiş vergi stimullarının artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Həyata keçirilən tədbirlər Azərbaycanın yüksək texnologiyalara söykənən iqtisadi modelə transformasiyasını təmin etməyə yönəlib. Bu kontekstdə ölkədə artıq superkompüter mərkəzi fəaliyyətə başlayıb, rəqəmsallaşma sahəsində əhəmiyyətli layihələr icra edilir və insan kapitalının bilik və bacarıq potensialının gücləndirilməsi istiqamətində işlər davam etdirilir".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib













