Fərid Əhmədov Qobustanda vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Fərid Əhmədov Qobustanda vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov 6 mart tarixində Qobustan rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Far.Az"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarından ümumilikdə 40 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər