Uitkoff: Yaxın həftələrdə Rusiya və Ukrayna arasında sülh danışıqları üzrə irəliləyiş gözləyirik
Far.Az xəbər saytı

Uitkoff: Yaxın həftələrdə Rusiya və Ukrayna arasında sülh danışıqları üzrə irəliləyiş gözləyirik


Rusiya və Ukrayna arasında sülh sazişi üzrə müzakirələr davam edir və yaxın həftələrdə bu məsələdə əlavə irəliləyişin əldə edilməsi gözlənilir.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bəyan edib.

"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında biz müharibəyə birdəfəlik son qoyacaq sülh sazişinin hazırlanması üzərində işləyərək mənalı nəticələr əldə etməyə davam edirik. Müzakirələr gedir və yaxın həftələrdə əlavə irəliləyişin əldə edilməsi gözlənilir", - o qeyd edib.

S.Uitkoff, həmçinin Rusiya və Ukrayna arasında hərbiçilərin mübadiləsini müsbət qiymətləndirib.

"Bu həftə Ukrayna və Rusiya ABŞ-nin iştirakı ilə Cenevrədə keçirilən son üçtərəfli danışıqlar zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq 1 000 nəfərin geri qaytarılması ilə nəticələnən növbəti əsir mübadiləsini həyata keçirdi. Bu mübadilə Prezident Trampın göstərişi ilə aparılan uzunmüddətli və ətraflı sülh danışıqları sayəsində reallaşdırılıb", - o vurğulayıb.

Oxşar xəbərlər

FHN şagird və müəllimlərlə təlim keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
FHN zavodda təlim keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər