Tramp: ABŞ-nin aparıcı müdafiə şirkətləri istehsalı 4 dəfə artıracaq
Far.Az xəbər saytı

Tramp: ABŞ-nin aparıcı müdafiə şirkətləri istehsalı 4 dəfə artıracaq


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerikanın ən böyük müdafiə korporasiyaları silah istehsalını dörd dəfə artırmağa razılaşıblar.

"Far.Az" xəbər verir ki, o, Ağ Evdə hərbi-sənaye kompleksinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündən sonra bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, görüşdə "BAE Systems", "Boeing", "Honeyvell Aerospace", "L3Harris Missile Solutions", "Lockheed Martin", "Northrop Grumman" və "Raytheon"un top menecerləri iştirak edib.

"Onlar ən yüksək səviyyəli silah istehsalını dörd dəfə artırmağa razılaşdılar, çünki mümkün qədər tez maksimum həcm səviyyəsinə çatmaq istəyirik. İstehsalın genişləndirilməsi görüşdən üç ay əvvəl başladı, bir çox zavod və xətt artıq istifadəyə verildi", - Amerika lideri qeyd edib.

Tramp həmçinin bildirib ki, bütün ölkə üzrə ştatlar hərbi-sənaye kompleksinin yeni müəssisələrinin tikintisi üçün tenderlərdə iştirakla bağlı müraciət edir. "Bütün ölkə üzrə ştatlar bu yeni zavodların inşası üçün tenderlərdə iştirak üçün müraciət edirlər", - o vurğulayıb.

ABŞ Prezidentinin sözlərinə görə, Amerikanın hərbi-sənaye kompleksinin rəhbərliyi ilə növbəti görüş iki aydan sonra planlaşdırılır.

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər