Ukrayna parlamentində alt komitənin sədri: İran daha çox ölkənin müharibəyə qatılmasını istəyir
Far.Az xəbər saytı

Ukrayna parlamentində alt komitənin sədri: İran daha çox ölkənin müharibəyə qatılmasını istəyir


İranın Azərbaycanın Naxçıvanda olan aeroportuna hücumu beynəlxalq hüquq baxımından tam olaraq təcavüzdür.

Bunu "Far.Az"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə və təhlükəsizlik alt komitəsinin sədri Fedor Venislavski deyib.

O qeyd edib ki, hərbi nöqteyi-nəzərdən bu, mənasız hücumdur:

"Mən bunu hücuma məruz qalan ölkələrə mesaj kimi qəbul edirəm. Bununla demək istəyirlər ki, İrana zərbələrin dayandırılması üçün çıxış etməsələr, onları belə bir hal gözləyə bilər".

Alt komitənin sədrinin fikrincə, bu, həmçinin İranın müharibəyə daha çox ölkənin qarışması istəyi ilə də bağlı ola bilər.

"Bu zəncirvari reaksiya doğura bilər və regionda, hətta dünyada proqnozlaşdırılmamış nəticələrə gətirib çıxarar. Hesab edirəm ki, bunlar İran rəhbərliyində hadisələrin inkişafı barədə strateji baxışın olmamasını göstərir", - o deyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər