ABŞ İranın Azərbaycana qarşı PUA hücumlarını pisləyib, həmrəyliyini ifadə edib
Far.Az xəbər saytı

ABŞ İranın Azərbaycana qarşı PUA hücumlarını pisləyib, həmrəyliyini ifadə edib


ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyən bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Amerika Birləşmiş Ştatları 5 mart tarixində İranın Azərbaycan Respublikasına qarşı, Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına gətirib çıxaran səbəbsiz pilotsuz uçuş aparatları ilə hücumunu qətiyyətlə pisləyir.

Bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasıdır.

Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə hücumlar qəbuledilməzdir və ABŞ-ın bu tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq".

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Bütün dünya İranın Azərbaycana dron hücumunu qınayır - XÜLASƏ
Rusiyanın PUA hücumundan sonra Kiyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər