Gürcüstan PA-nın sabiq rəhbəri: Azərbaycanın dronla hücuma məruz qalması qəbuledilməzdir
Humanitar və konstruktiv mövqeyinə baxmayaraq İran tərəfindən Azərbaycana qarşı dronla hücumun baş verməsi ciddi narahatlıq doğurur və qəti şəkildə pislənməlidir.
Bunu "Far.Az"un Gürcüstan bürosuna verdiyi açıqlamada Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze bildirib
Onun sözlərinə görə, bütün dövlətlər Cənubi Qafqazda sülhün, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına çalışmalıdır.
Mamradze vurğulayıb ki, Azərbaycan Gürcüstan üçün həm qardaş xalq, həm də strateji tərəfdaşdır və Naxçıvan Muxtar Respublikası ərazisində baş verən hadisələr barədə məlumat yayılan kimi Gürcüstanın rəsmi qurumları dərhal Bakı ilə əlaqə saxlayaraq həmrəyliklərini ifadə ediblər:
"Gürcüstan hökuməti hadisəyə operativ reaksiya verərək Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirib. Gürcüstanın əsas mövqeyi ölkə ərazisinin hər hansı hərbi əməliyyatlar üçün istifadə olunmasına imkan verməməkdir. Regionda gərginliyin artmasının qarşısını almaq və sülhü qorumaq Tbilisi üçün prioritetdir.
Xüsusilə narahatlıq doğuran məqam Azərbaycan təhlükəsizlik qüvvələrinin vaxtında qarşısını aldığı mümkün terror planlarıdır. Planlaşdırılan hücumlar arasında Bakı–Tbilisi–Ceyhan neft kəmərinə zərbə endirilməsi, həmçinin Bakıda İsrail səfirliyi və sinaqoqa qarşı hücum ehtimalı da var idi".
Siyasi şərhçi əlavə edib ki, regionda sabitliyin qorunmasında Türkiyə ilə Azərbaycan arasında "Bir millət, İki dövlət" prinsipi əsasında qurulan yaxın münasibətlər də mühüm rol oynayır. Onun fikrincə, bu əməkdaşlıq Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün mühüm təminatlardan biridir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













