KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
İsrail Müdafiə Qüvvələri (İMQ) İranın hərbi potensialını zəiflətmək və silah istehsalına mane olmaq məqsədilə şənbə günü ilk dəfə neft infrastrukturuna aviazərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə bazar günü "CBS News"a İsrail rəsmisi bildirib.
Onun sözlərinə görə, hücuma məruz qalmış infrastruktur obyektlərində saxlanılan yanacaq rəsmi olaraq İran Silahlı Qüvvələrinə verilir.
Mənbə qeyd edib ki, İran hərbçiləri həm ordunun ehtiyacları, əməliyyatların keçirilməsi, həm də istehsal və elmi-tədqiqat fəaliyyəti üçün istifadə olunan bu neft emalı zavodlarındakı (NEZ) yanacaqdan tamamilə asılıdırlar.
Ötən gün İranın dövlət mediası xəbər verib ki, İran paytaxtındakı neft anbarlarından biri hücuma məruz qalıb. IRNA-nın məlumatına görə, Tehranda və qonşu Kərəc şəhərində üç neft anbarına hücum olub. Bu anbarlardan ikisi İran paytaxtının cənubunda yerləşən və zədələnməyən iri NEZ-nin yaxınlığında yerləşir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













