Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalarının həcmi və dəyəri açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda dəmiryolu nəqliyyatı ilə yükdaşımalarının həcmi və dəyəri açıqlanıb


Bu ilin yanvar ayında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 229 milyon 406,1 min ABŞ dolları dəyərində 520 min 244,74 ton yük daşınıb.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,4 % və 16,6 % azdır.

2026-cı ilin ilk ayında dəmiryolu nəqliyyatı ilə 52 milyon 853 min ABŞ dolları dəyərində 152 min 345 ton yük ixrac olunub, 176 milyon 553,1 min ABŞ dolları dəyərində 367 min 899,9 ton yük idxal edilib.

Hesabat dövründə ixrac olunan yükün dəyəri 14,2 %, həcmi isə 23,3 % azalıb. 2026-cı ilin yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan yükün dəyəri 8 %, həcmi isə 13,5 % azalıb.

Oxşar xəbərlər

"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək" ticarət mərkəzindəki yanğın məhdudlaşıdırılıb
"Sədərək"dəki yanğın baş verən ərazidən SON GÖRÜNTÜLƏR
"Sədərək" ticarət mərkəzində yanğın zamanı 12 nəfər tüstüdən zəhərlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər