Caliber.az portalının 5 yaşı tamam olur
Far.Az xəbər saytı

Caliber.az portalının 5 yaşı tamam olur


Bu gün Caliber.az informasiya-analitik portalının 5 yaşı tamam olur.

"Far.Az" xəbər verir ki, rus, ingilis və erməni dillərində fəaliyyət göstərən portal oxucuları dünyada baş verən ən aktual xəbərlərlə təmin edir, analitik məqalələr, müsahibələr, videomateriallar hazırlayır.

Caliber.az qısa müddətə həm Azərbaycanda, həm də xaricdə oxunaqlı, istinad edilən nüfuzlu sayta çevrilib.

Caliber.az-ın "Youtube" kanalının ümumi baxış sayı 160 milyona çatır və bu göstərici gündən-günə artır. Kanalın 357 min nəfərdən çox abunəçisi var. Son bir ildə isə abunəçilərin sayı 19 minə yaxın artıb. Telegram kanalı isə 56 min abunəçi sayına çatmaqla Azərbaycanın ən böyük rusdilli auditoriyasina sahib portallardan biridir.

"Far.Az" İnformasiya Agentliyinin kollektivi Caliber.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Caliber.az portalının 5 yaşı tamam olur

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər