Macarıstan neft, benzin və dizel yanacağının ixracına qadağa qoyub
Macarıstan Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Avropada qiymətlərin artması fonunda neft, benzin və dizel yanacağının ixracına qadağa qoyub.
"Report" xəbər verir ki, bu barədə ölkənin milli iqtisadiyyat naziri Marton Nad sosial şəbəkələrdə bildirib.
"Hökumət xam neft, Aİ-95 markalı benzin və dizel yanacağının ixracını qadağan edir və ticarətdə sui-istifadə hallarına qarşı qəti tədbirlər görür", - o qeyd edib.
Onun sözlərinə görə, hökumət neft ehtiyatlarını 45 gün müddətinə sərbəst buraxmaq qərarına gəlib.
Macarıstan hökuməti yanacağın bahalaşmasının qarşısını almaq üçün martın 10-dan benzin və dizelin qiymətini aşağı salıb.
Qiymətlərin dondurulması haqqında qərar Yaxın Şərqdəki eskalasiya və Macarıstana da təsir edən "Drujba" neft kəmərinin fəaliyyətinin dayanması nəticəsində Avropada yanacağın kəskin bahalaşması ilə əlaqədar hökumətin növbədənkənar iclasında qəbul edilib.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













