Dünya Bankı Orta Dəhlizin “yaşıllaşdırılması”nın şərtlərini açıqlayıb
Far.Az xəbər saytı

Dünya Bankı Orta Dəhlizin “yaşıllaşdırılması”nın şərtlərini açıqlayıb


Orta Dəhlizi artıq “yaşıl” bir dəhliz hesab etmək olar və onun böyük potensialı var.

"Far.Az" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister “Bakı İqlim Həftəsi”nin 2-ci günündə "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" növzusunda dəyirmi masada deyib.

"Bu dəhlizi daha da “yaşıllaşdırmaq” olar. Lakin buna nail olmaq həm operatorlardan, həm də hökumətlərdən böyük öhdəliklər tələb edəcək. Məsələn, aşağı və ya sıfır emissiyalı yanacaqların inkişafı və istehsalına investisiyalar qoyula bilər. Bundan əlavə, elektrik batareyalarına və ya hidrogen yanacaq elementlərinə investisiyalar da böyük əhəmiyyət kəsb edir. Bu yanacaqların saxlanması üçün lazım olan infrastrukturun yaradılması da investisiya tələb edəcək, çünki bu infrastrukturlar hələ mövcud deyil", - St. Stallmeister biıdirib.

Dünya Bankının rəsmisi qeyd edib ki, aşağı karbonlu yanacaqların rəqabətədavamlı olmasını təmin etmək üçün lazımi qaydalar hazırlanmalıdır: "Əks halda, özəl sektoru bu sahələrə investisiya qoymağa təşviq etmək çətin olacaq. Həmçinin hökumətlər bu layihələrin əhəmiyyətini sübut etmək üçün özəl sektora pilot layihələri maliyyələşdirməyə icazə verməyi nəzərdən keçirməlidir. Bölgəyə gətirilən bu yeni layihələrin tətbiqi və yayılması da çox önəmlidir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Dünya Bankı: "Azərbaycanın NDC məqsədlərinə nail olmaq potensialı var"
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər