Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi yekunlaşıb
Naxçıvanda sertifikatlaşdırma prosesinin test mərhələsində uğur qazanan təhsilverənlər üçün 30 sentyabr-1 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsi yekunlaşıb.
"Report"un yerli bürosu xəbər verir ki, müsahibə mərhələsinə muxtar respublikanın ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat fənləri üzrə tədris aparan 333 müəllim dəvət olunub ki, onlardan 329-u prosesdə iştirak edib.
Bu mərhələdə müəllimlərin proqram əsasında mövzu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilməsi aparılıb. Müsahibə mərhələsində ən azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab ediləcəklər.
Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri haqqında məlumat 5 iş günü müddətində müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb













