Antonio Koşta: Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyir
Far.Az xəbər saytı

Antonio Koşta: Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyir


Avropa İttifaqı (Aİ) İran tərəfindən Naxçıvana edilən dron hücumunu pisləyir.

"Far.Az" xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Bakıda Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvan ərazisinə hücum edilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Babək rayonu Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisə ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

Oxşar xəbərlər

İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumlar və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər