Azərbaycanın qadın siyasəti BMT-də dəyirmi masada təqdim olunub
Far.Az xəbər saytı

Azərbaycanın qadın siyasəti BMT-də dəyirmi masada təqdim olunub


BMT-nin Baş Qərargahında təşkilatın Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası (CSW70) çərçivəsində "Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması" mövzusundə yüksək səviyyəli dəyirmi masa keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva sosial siyasət, qadınların gücləndirilməsi və cəmiyyətdə ailə dəyərlərinin təşviqi istiqamətində Azərbaycanın təcrübələri barədə çıxış edib.

C.Rəhmətullayeva qeyd edib ki, sosial siyasətin əsas istiqamətlərindən biri qadınların gücləndirilməsi, gənc nəslə ailə dəyərlərinin aşılanması və yaşlı nəslə hörmətin təşviq olunmasıdır. Onun sözlərinə görə, bu prinsiplər sağlam və dayanıqlı cəmiyyətin formalaşmasının əsas prioritetlərindən biridir.

Sonda vurğulanıb ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə institutunun dəstəklənməsi və nəsillərarası həmrəyliyin təşviqi sosial inkişafın və cəmiyyətin rifahının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan BMT-nin Qadınların Statusu üzrə Komissiyasının iclasında təmsil olunur
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər