Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir
Hazırda Azərbaycan Avrasiya regionu ərazisində 41 layihə üzrə iş aparır.
"Far.Az" xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankının (EDB) İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev "Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar" adlı məruzənin təqdimatında bildirilib.
"2025-ci ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycanın Avrasiya regionu dövlətlərinə kapital qoyuluşlarının həcmi 3,2 milyard dollara çatıb", – A.Zaboyev deyib.
Ekspert qeyd edib ki, Azərbaycan həm region daxilində, həm də onun hüdudlarından kənarda kifayət qədər yüksək investisiya fəallığı nümayiş etdirir.
Təqdim olunan məruzəyə əsasən, Azərbaycanın Avrasiya ölkələrinə investisiyalarının əsas istiqamətləri Ukrayna (39 %) və Gürcüstandır (38 %).
"Ən iri layihələr sırasında 330 milyon dollar dəyərində Kulevi neft terminalının (Gürcüstan) alınması və modernləşdirilməsi, həmçinin 300 milyon dollar məbləğində "SOCAR Georgia Gas"ın qazpaylayıcı şəbəkələrinin satın alınması yer alır", – A.Zaboyev bildirib.
Mərkəzin rəhbəri həmçinin bildirib ki, Azərbaycanın iqtisadiyyatına əsas regional investor olaraq Rusiya qalır (98 %). 2025-ci ilin birinci yarısına olan məlumata görə, Rusiyanın investisiyalarının həcmi 4,77 milyard ABŞ dolları təşkil edib, regiondan cəlb olunan vəsaitlərin ümumi həcmi isə 5,4 milyard ABŞ dolları olub.
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













