EDB körfəz ölkələrinin Avrasiya regionuna investisiyalarının mümkün azalmasını ehtimal edir
Avrasiya İnkişaf Bankı (EDB) Yaxın Şərqdəki vəziyyət fonunda Fars körfəzi ölkələrindən Avrasiya regionuna investisiya axınlarının müəyyən qədər azalması ehtimalını istisna etmir.
"Report" xəbər verir ki, bu barədə EDB-in İnteqrasiya Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev "Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar" adlı hesabatın təqdimatında bildirib.
O vurğulayıb ki, hazırkı mərhələdə İranda baş verənlər Avrasiya regionundakı investisiya fəallığına hər hansı təsir göstərməyib.
"Hazırda cərəyan edən proseslər, yəqin ki, təsir göstərəcək, lakin yalnız gələcəkdə. Hazırda icra mərhələsində olan layihələr həyata keçirilməkdə davam edir və müvafiq olaraq, bu, cari investisiya dinamikasında heç cür əks olunmayıb", - A.Zaboyev qeyd edib.
Mərkəz rəhbəri diqqətə çatdırıb ki, vəziyyət böyük ölçüdə həm qlobal, həm də regional miqyasda hadisələrin sonrakı inkişafı, eləcə də infrastrukturun bərpası üçün tələb olunacaq resursların həcmi ilə müəyyən edilir. "Bu, ortamüddətli perspektivdə körfəz dövlətlərindən regionumuza birbaşa xarici investisiyaların axınını müəyyən dərəcədə azalda bilər. Söhbət müəyyən azalmadan gedə bilər. Bununla belə, hazırda biz bu suala birmənalı cavab verə bilmirik, çünki hadisələr inkişaf etməkdə davam edir. Hər şey başa çatdıqda, o zaman müvafiq qiymətləndirmələr aparmaq imkanı yaranacaq", - o əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













