Azərbaycanda "Apple Pay" və "Google Pay"lə ödənişlərin ümumi məbləği 66 % artıb
2025-ci ildə Azərbaycanda "Apple Pay" və "Google Pay" vasitəsilə aparılan ödənişlərin sayı və məbləği 2024-cü illə müqayisədə müvafiq olaraq 67 % və 66 % artıb.
"Far.Az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə POS-terminalla aparılan hər 2 təmassız ödənişdən 1-i məhz "ağıllı cihaz"larla həyata keçirilib.
Ötən il Bakıda nağdsız ödəniş sistemli bütün avtobuslarda və "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında gediş haqlarının təmassız ödənişləri dəstəkləyən bütün bank kartları, eləcə də "ApplePay" və "GooglePay" həlləri vasitəsilə ödənilməsi imkanı yaradılıb.
Bu layihə ilə Azərbaycan ictimai nəqliyyatda təmassız bank kartlarından istifadə imkanını yaradan qabaqcıl ölkələrdən birinə çevrilib. Bu həll ənənəvi ödəniş vasitələrindən asılılığı aradan qaldıraraq, istifadəçilərə mövcud bank kartları və mobil cihazlarla sürətli və təhlükəsiz ödəniş imkanı təqdim edir. Layihənin icrası, eyni zamanda, turistlərin lokal nəqliyyat kartı əldə etmək zərurətini aradan qaldıraraq, ictimai nəqliyyatda beynəlxalq brendli təmassız kartlarla ödəniş etmək imkanını təqdim edib. İctimai nəqliyyatda gediş haqlarının bank kartları ilə qəbul edilməsi imkanının yaradılması Azərbaycanı qlobal miqyasda proqressiv rəqəmsal infrastruktura malik ölkələrlə eyni sıraya yüksəldir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"Kartdan-karta" dövrü geri qayıdır - Bəzi ticarət obyektlərində POS-terminallar niyə işləmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













