İsrail Livanda İran diviziyasının komandirlərini öldürüb
Far.Az xəbər saytı

İsrail Livanda İran diviziyasının komandirlərini öldürüb


İsrail Müdafiə Ordusu Livanda İran diviziyasının komandirinin və yüksək rütbəli üzvlərinin öldürüldüyünü bəyan edib.

"Far.Az" "The Times of Israel"ə istinadən xəbər verir ki, "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn diviziyası"nın komandiri ötən gecə Livana endirilən aviazərbə nəticəsində müavini və digər komandirlərlə birgə öldürülüb.

Hərbçilərin məlumatına görə, diviziya komandanı Əli Musəlləm Təbayə bu vəzifəyə əvvəlki komandir 2024-cü ilin oktyabrında İsrail tərəfindən öldürüldükdən sonra təyin edilib.

"Bu, SEPAH-ın Livan ərazisindən İsrailə hücum etmək tapşırığı daşıyan İran bölməsidir. İllərdir biz onları aşkar edib məhv etməyə çalışırdıq. Ötən gecə onlar İsraili atəşə tutarkən saniyələr içində məhv edildilər", - İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir videomüraciətində bildirib.

İsrail ordusunun məlumatına görə, dünənki aviazərbə nəticəsində diviziya komandirinin müavini Cihad əl-Səfira, pilotsuz uçuş aparatlarının idarə olunması üzrə zabit Saqer əl-Həndəsə və bir sıra digər yüksək rütbəli komandirlər də həlak olub.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
İsrail Ordusunun baş qərargah rəisi Qəzzanın demilitarizasiya kursunu təsdiqləyib
HƏMAS-İsrail müharibəsinin bir ili - kim nə qazanıb? - ŞƏRH
KİV: İsrail Ordusu Livanda quru əməliyyatına hazırlaşa bilər - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər