Ceyhun Bayramov UN-Habitat-ın icraçı direktoru ilə WUF-13-ə hazırlıq işlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşüb.
"Far.Az"un XİN-ə istinadən verdiyi məlumata əsasən, görüş zamanı Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq məsələləri, dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin idarə olunması, eləcə də şəhərlərin dayanıqlı inkişafı sahəsində tərəfdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) hazırlıq işləri, bu çərçivədə planlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələrinin yaradılmasının ölkənin urbanizasiya sahəsində gördüyü işlərin əhəmiyyətli nümunəsi olduğu vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Qarakənd faciəsindən 35 il ötür
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













