Sabunçuda yanacaqdoldurma məntəqəsində təhlükə yaradan pozuntu aşkarlanıb
Far.Az xəbər saytı

Sabunçuda yanacaqdoldurma məntəqəsində təhlükə yaradan pozuntu aşkarlanıb


Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlanıb.

Bu barədə "Far.Az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.

Bu səbəbdən məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı dayandırılıb.

Sabunçuda yanacaqdoldurma məntəqəsində təhlükə yaradan pozuntu aşkarlanıb

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Yasamaldakı yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlanıb
Qanunsuz işləyən maye qazdoldurma məntəqəsinin istismarı FHN tərəfindən dayandırılıb
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər