Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 18 %-dən çox artırıb
Far.Az xəbər saytı

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 18 %-dən çox artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 20,365 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

"Far.Az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur.

Təkcə fevral ayında Türkiyə Azərbaycana 10,999 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 30,6 % çoxdur.

İki ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 7 % artaraq 2,173 milyard ABŞ dollarına, fevral ayında isə 7,7 % artaraq 1,099 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 252,656 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 11,5 % çox), İtaliya 177,935 milyon ABŞ dolları (+0,2 %) və Bolqarıstan 130,63 milyon ABŞ dolları (+22,2 %) dəyərində həyata keçirib.

Oxşar xəbərlər

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər