Ziyafət Əsgərov: Qazaxıstanda referendum şəffaf və mütəşəkkil şəkildə keçirilir
Azərbaycan müşahidəçilərindən ibarət nümayəndə heyəti Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə milli referendumun hazırlıqlarını və keçirilməsi ilə tanış olublar.
"Far.Az"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, Azərbaycan müşahidəçiləri artıq üçüncü gündür, Qazaxıstandadırlar, səfərlərinin əvvəlindən səsvermə ilə bağlı texniki və təşkilati məsələlərə diqqət yetirirlər.
Səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstan parlamentində olub, Senatın, Məclisin Sədri, eləcə də Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin nümayəndələri ilə görüşüblər. Müşahidəçilər həmçinin Mərkəzi Referendum Komissiyasının sədri ilə görüşüblər və o, nümayəndələrə səsverməyə hazırlıqlar və təşkilati işlər barədə məlumat verib.
Referendum günü nümayəndə heyəti bir neçə seçki məntəqəsinə baş çəkib və səsvermə prosesi ilə yerində tanış olub.
Z. Əsgərovun sözlərinə görə, referendum şəffaf və yüksək səviyyədə, Qazaxıstanın qanuni tələblərinə tam uyğun olaraq keçirilir.
"Obyektiv şəkildə deməliyəm ki, heç bir iradımız yoxdur - hər şey lazımi səviyyədə təşkil olunub", - o qeyd edib.
Yeni Konstitusiya layihəsi barədə danışan Z.Əsgərov nümayəndə heyətinin Qazaxıstan tərəfinin ölkəyə səfərindən əvvəl onlara təqdim etdiyi sənədin mətni ilə tanış olduğunu vurğulayıb.
O, eyni zamanda qeyd edib ki, Azərbaycan nümayəndələri Qazaxıstanda yalnız müşahidəçi kimidirlər, ona görə də təklif olunan konstitusiya dəyişikliklərini dəstəkləmək və ya rədd etmək qərarı ölkə vətəndaşlarının ixtiyarındadır.
"Bu, Qazaxıstan xalqının hüququdur, ona görə də səsvermənin nəticələrini gözləməliyik", - Milli Məclisin sədr müavini əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













