Yalan xəbərlərə görə ABŞ-də bəzi kanallar bağlana bilər
Far.Az xəbər saytı

Yalan xəbərlərə görə ABŞ-də bəzi kanallar bağlana bilər


ABŞ-nin Federal Rabitə Komissiyasının (FRK) sədri Brendan Karr bildirib ki, xəbərləri təhrif edən, hadisələrin çaşdırıcı şəkildə yayan aparıcı xəbər kanallarının tezlik spektrindən istifadə lisenziyaları ləğv edilə bilər.

"Report" xəbər verir ki, bu barədə Brendan Karr sosial şəbəkələrdə yazıb.

"Feyk xəbərləri işıqlandıran yayımçıların lisenziyalarının müddəti bitməmiş vəziyyəti düzəltmək üçün şansı var. Qanun aydındır. Yayımçılar ictimai maraqlar naminə fəaliyyət göstərməlidirlər və əgər bunu etməsələr, öz lisenziyalarını itirəcəklər", - o bildirib.

Karr nümunə kimi Trampın "Truth Social" saytındakı paylaşımından sitat gətirib. Həmin paylaşımda Tramp İrandakı hadisələrin çaşdırıcı şəkildə işıqlandırılmasından şikayətlənib.

"Növbəti dəfə feyk media Səudiyyə Ərəbistanının hava limanında vurulan və daha heç kimə lazım olmayan beş yanacaqdolduran təyyarə haqqında başlıqla qəsdən çaşqınlıq yaradır", - Tramp yazıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər