"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasındakı neft infrastrukturunun nəzarətə götürülməsi üzrə hərbi əməliyyatın keçirilməsi variantını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı rəsmilər arasından olan mənbələrə istinadən yazıb.
Onların məlumatına görə, Ağ Ev administrasiyasının rəhbəri İranın Xarq adasında yerləşən əsas neft anbarını ələ keçirmək imkanını təhlil edir. Materialda qeyd olunub ki, bu planın həyata keçirilməsi ABŞ tərəfindən quru hərbi əməliyyatının aparılmasını tələb edəcək.
Portal bildirib ki, dövlət başçısı əgər tanker gəmiçiliyi Fars körfəzi akvatoriyasında bloklanmış vəziyyətdə qalmaqda davam edərsə, belə bir addım atmağa qərar verə bilər.
Portalın həmsöhbətlərindən birinin qeyd etdiyinə görə, Amerika Prezidenti hesab edir ki, ada infrastrukturu üzərində nəzarətin yaradılması Tehranı öz gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum etməyə imkan verəcək. Nəşrdə həmçinin göstərilib ki, Vaşinqton İranın regiondakı qonşu dövlətlərin neft obyektlərinə endirə biləcəyi mümkün cavab zərbələrindən narahatdır.
"Burada həm əhəmiyyətli risklər, həm də ciddi faydalar mövcuddur. Prezident bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib və biz onun bu addımı atacağını iddia etmirik", - portal öz mənbəsinin sözlərindən sitat gətirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rəsmilər Şəhidlər xiyabanında
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













