Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"
Far.Az xəbər saytı

Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"


Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13) 30 minə yaxın iştirakçının qatılması gözlənilir.

"Far.Az" xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov WUF13 üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı qeydiyyat prosesi davam edir: "Forum çərçivəsində dövlət və hökumət başçıları, bələdiyyə və şəhər rəhbərləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, akademik dairələr, alimlər, memarlar, eləcə də özəl sektor nümayəndələri iştirak edəcək. Tədbir iki əsas istiqamətdə təşkil olunacaq. Əsas proqram çərçivəsində 6 gün ərzində 400-ə yaxın konfrans, görüş və dəyirmi masanın keçirilməsi planlaşdırılır".

Qeyd edək ki, Qahirədə (Misir) keçirilən WUF12-də 25 mindən, Katovitsedə (Polşa) keçirilən WUF11-də isə 17 mindən çox iştirakçı olub.

Oxşar xəbərlər

Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda media nümayəndələri üçün WUF13-lə bağlı məlumatlandırma sessiyası keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər