Beş kəndə yola salınan növbəti köç karvanları Ağdərəyə çatıb
Far.Az xəbər saytı

Beş kəndə yola salınan növbəti köç karvanları Ağdərəyə çatıb


Ağdərənin Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz kəndlərinə yola salınan növbəti köç karvanları rayon mərkəzinə çatıb.

"Far.Az"un Qarabağ bürosu xəbər verir ki, ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Çıldırana 3 (13 nəfər), Aşağı Oratağa 21 (108 nəfər), Heyvalıya 7 (34 nəfər), Çapara 4 (17 nəfər), Həsənrizə isə 6 ailə (29 nəfər) köçürülüb.

Oxşar xəbərlər

İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb
Dörd kəndə yola salınan ilk köç karvanı Ağdərə şəhərinə çatıb
Ağdərənin dörd kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim edilib
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər