Builki çərşənbə tonqallarında üç nəfər yanıq xəsarəti alıb
Builki Novruz çərşənbələri tonqallarında ümumilikdə üç nəfər xəsarət alıb.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Su çərşənbəsində (fevralın 24-ü) Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 yaşlı yeniyetmə və Nizami rayonunda 9 yaşlı azyaşlı xəsarət alıb. Su çərşənbəsində bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.
Torpaq çərşənbəsində (martın 17-si) isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı üçün çağırış qeydə alınıb. Xəsarət alan azyaşlıya yerində tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycanda Novruz bayramına azı dörd həftə qalmış hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
İrançılıq düşüncəsinin paradoksları













