"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Göyərtəsində beş heyət üzvü olan "Astana" yedək gəmisi martın 18-də Rumıniyanın Midiya limanında batıb, nəticədə bir nəfər ölüb, dörd nəfərin axtarışları isə davam edir.
"Far.Az" Rumıniya KİV-nə istinadən xəbər verir ki, heyət üzvlərindən biri sahilə çıxarılıb, lakin onu həyata qaytarmaq mümkün olmayıb. Hazırda qalan dörd nəfərin axtarışı üzrə əməliyyat davam edir. Rumıniya hərbi dəniz qüvvələrinin rəhbərliyi onların həlak ola biləcəyini istisna etmir.
Hadisə yerinə təcili yardım briqadaları, dalğıclar və ixtisaslaşdırılmış xidmətlər göndərilib.
Rumıniya hərbi dəniz idarəsinin məlumatına görə, yedək gəmisi Midiya limanından təxminən 8 km məsafədə yerləşən Monbuy terminalına yan alarkən Marşal adaları bayrağı altında üzən "Amades" tankerinə kömək göstərilməsi manevri zamanı aşıb.
Hadisənin səbəblərini və şəraitini müəyyən etmək məqsədilə prokurorluğun koordinasiyası altında istintaq aparılır.
Rumıniya bayrağı altında üzən "Astana" yedək gəmisi 2006-cı ildə inşa edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













