Pezeşkian: Xətib, Laricani və Nasirzadənin öldürülməsi bizi dərin matəmə qərq etdi - YENİLƏNİB
Far.Az xəbər saytı

Pezeşkian: Xətib, Laricani və Nasirzadənin öldürülməsi bizi dərin matəmə qərq etdi - YENİLƏNİB


İran Prezidenti Məsud Pezeşkian kəşfiyyat idarəsinin rəhbəri İsmayıl Xətibin həlak olduğunu təsdiqləyib.

İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin öldürüldüyünü bəyan edib.

Bu barədə "Report" "The Times of Israel"ə istinadən xəbər verir.

Katsın sözlərinə görə, Xətib ötən gecə İsrailin Tehrana endirdiyi zərbə nəticəsində öldürülüb.

Nazir əlavə edib ki, gün ərzində bütün cəbhələrdə gözlənilməz hadisələr ola bilər: "Bu isə İrana və "Hizbullah"a qarşı döyüş əməliyyatlarının güclənməsinə gətirib çıxaracaq".

İ.Kats, həmçinin qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə o, İsrail Ordusuna istənilən yüksək rütbəli İran rəsmisinin öldürülməsi üçün "əlavə icazə almadan" hərəkət etmə səlahiyyəti verib.

Daha əvvəl məlumat verilmişdi ki, İran kəşfiyyatının rəhbəri İsmayıl Xətib güman edilir ki, Tehrana endirilən son İsrail zərbələrinin hədəfləri arasında olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər