Serbiya hökuməti neft məhsullarının ixracına qadağanın müddətini uzadıb
Serbiya hökuməti neftin və mühərriklər üçün yanacaq kimi istifadə olunan bütün neft məhsullarının ixracına qoyulan qadağanın 2026-cı il aprelin 2-dək uzadılması barədə qərar qəbul edib.
"Report"un Balkan bürosu xəbər verir ki, qadağa dizel, benzin və xam neftin bütün nəqliyyat növləri ilə ixracına şamil olunur.
Serbiyanln mədənçilik və energetika naziri Dubravka Cededoviç Handanoviç bildirib ki, bu qərar dünya bazarında neft qiymətlərinin davam edən artımından vətəndaşları və iqtisadiyyatı qorumaq məqsədilə verilib:
"Bazarın qorunması üçün əlavə tədbir kimi ehtiyatlardan 40 min ton dizelin buraxılmasına da qərar verdik və bu, yaxın günlərdə həyata keçiriləcək".
D. C. Handanoviç qeyd edib ki, görülən bütün tədbirlərin Yaxın Şərqdəki münaqişə və son həftələrdə neftin qiymətinin 40% artması nəticəsində qlobal bazarda yaranan pozuntular fonunda daxili bazarı neft məhsullarının çatışmazlığından və qiymət artımından qorumağa xidmət edir.
Xatırladaq ki, martın 9-da Serbiya hökuməti neftin və mühərriklər üçün yanacaq kimi istifadə olunan bütün neft məhsullarının ixracını 10 gün müddətinə qadağan etmək barədə qərar qəbul etmişdi.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













