Barro: Fransa Livana humanitar yardımı ikiqat artıracaq
Far.Az xəbər saytı

Barro: Fransa Livana humanitar yardımı ikiqat artıracaq


Fransa Livana humanitar yardımı ikiqat artıraraq 17 milyon avroya (təxminən 19,70 milyon ABŞ dolları) çatdıracaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bunu cümə axşamı günü, Livanın İsrail hücumlarının dağıdıcı nəticələrinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi bir vaxtda açıqlayıb.

Fransanın xarici işlər naziri bu açıqlamanı İsrail və "Hizbullah" arasında atəşkəs əldə etmək səylərinin bir hissəsi olaraq Beyruta səfəri zamanı "X" sosial şəbəkəsindəki hesabında verib: "Beyrutda, qırmızı jiletli Malta Ordeninin üzvləri tərəfindən qayğı göstərilən məcburi köçkünlərin yanında. Livan xalqı ilə həmrəylik nümayiş etdirərək, seçmədikləri müharibəyə cəlb olunaraq, Livana humanitar yardımımızı ikiqat artıraraq 17 milyon avroya çatdırırıq".

Fransanın Livan üzrə xüsusi elçisi Jan-İv Le Drian daha əvvəl ölkə İsrail tərəfindən bombalanarkən Livan hökumətindən "Hizbullah"ın tərksilah olunmasını tələb etməyin ağlabatan olmadığını bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər