Meksika vətəndaşının ABŞ-də ölümü ilə bağlı təhqiqatın aparılmasını tələb edib
Meksika hökuməti ABŞ-nin Florida ştatının Miqrasiya Mərkəzində meksikalının ölümü ilə əlaqədar xaricdəki vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün diplomatik və hüquqi mexanizmlərdən istifadə edir.
"Report"un məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
Nazirlik ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi ilə müqavilə əsasında fəaliyyət göstərən Qleyds Dairəsinin Saxlama Mərkəzində Meksika vətəndaşının ölümü barədə məlumat yayıb.
Xarici İşlər Nazirliyi bu cür halların qəbuledilməz olduğunu vurğulayıb və ABŞ-nin hakimiyyət orqanlarından hadisənin bütün hallarını müəyyən etmək üçün tez və hərtərəfli araşdırma aparmağı tələb edib.
Qeyd olunur ki, Mayamidəki Meksika Baş Konsulluğu müvafiq protokolu aktivləşdirib, müəssisəyə baş çəkib və rəsmi olaraq lazımi sənədləri tələb edib.
ABŞ tərəfinin məlumatına görə, artıq təhqiqat aparılır.
Nazirlik həmçinin mərhumun qohumlarına tam dəstək verəcəyini və xaricdəki vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün mövcud hüquqi və diplomatik mexanizmlərdən istifadə edəcəyini bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













