Rusiya PUA-sı Odessa limanında iki xarici ticarət gəmisini zədələyib
Ukraynanın cənubundakı Odessa limanında Rusiya pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində xarici bayraqlar altında üzən iki ticarət gəmisi zədələnib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun başçısı Oleq Kiper məlumat verib.
Onun sözlərinə görə, Palau və Barbados bayraqları altında üzən gəmilərə endirilən zərbə nəticəsində iki nəfər yaralanıb.
Bundan əlavə, gecə saatlarında edilən hücum nəticəsində liman ərazisindəki taxıl anbarları və inzibati binalar zədələnib.
Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Rusiyanın Ukraynadakı uğursuzluğu – dörd yüz illik əsarətdən qurtulacaq ukraynalı - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













