İran və Omanın XİN rəhbərləri bölgədəki gərginliyi müzakirə ediblər
Far.Az xəbər saytı

İran və Omanın XİN rəhbərləri bölgədəki gərginliyi müzakirə ediblər


İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə omanlı həmkarı Bədr Əl-Busaidi arasında telefon danışığı olub və tərəflər bölgədəki gərginliyi müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat İranın Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

"Söhbət zamanı Bədr Əl-Busaidiyə ABŞ və İsrailin hücumları ilə bağlı İranın mövqeyi izah olunub",- məlumatda bildirilib.

XİN rəhbərləri məsləhətləşmələrin davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər