Anna Byerde: Ölkələr qlobal qeyri-sabitlik şəraitində islahatları davam etdirməlidir
Far.Az xəbər saytı

Anna Byerde: Ölkələr qlobal qeyri-sabitlik şəraitində islahatları davam etdirməlidir


Qlobal qeyri-sabitliyin artmasına və Yaxın Şərqdə vəziyyətin pisləşməsinə baxmayaraq, ölkələr sosial-iqtisadi islahatlara diqqət yetirməlidirlər.

"Report"un məlumatına görə, bu barədə Dünya Bankının əməliyyat fəaliyyəti üzrə idarəedici direktoru Anna Byerde Pekində keçirilən Çin İnkişaf Forumunda bildirib.

Onun sözlərinə görə, regionda baş verən cari hadisələr artıq yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olur ki, bu da iqtisadi artımı yavaşlada, məşğulluğa təsir göstərə, inflyasiyanı artıra və ərzaq təhlükəsizliyini pisləşdirə bilər.

"Lakin bu qeyri-müəyyənliyin idarə edilməsi yalnız tapşırığın yarısıdır. Ölkələr islahatlara investisiya qoymağa davam etməlidirlər", - o vurğulayıb.

A.Byerde qeyd edib ki, qlobal əmək bazarı növbəti 10-15 il ərzində 1,2 milyard nəfər artacaq, lakin paroqnozlara görə yalnız 400 milyon iş yerinin yaradılması proqnozlaşdırılır.

O, həmçinin bildirib ki, büdcə islahatları sərt qənaət demək deyil, iqtisadiyyatın inkişafı və davamlılığı üçün investisiya imkanlarının qorunmasına yönəldilməlidir.

Dünya Bankının proqnozuna görə, 2026-cı ildə qlobal ÜDM artımı təxminən 2,5 %, inkişaf etməkdə olan ölkələrdə isə təxminən 4 % təşkil edəcək ki, bu da inkişaf etmiş iqtisadiyyatlarla boşluğu azaltmaq üçün kifayət deyil.

A.Byerde enerji, nəqliyyat, rəqəmsallaşdırma, təhsil və səhiyyə sahələrinə investisiya qoyuluşunun, eləcə də əlverişli və proqnozlaşdırıla bilən biznes mühitinin yaradılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, o, iş yerlərinin yaradılması vəzifəsinin miqyası dövlət resurslarının tutumunu əhəmiyyətli dərəcədə üstələdiyindən, özəl kapitalın cəlb edilməsinin vacibliyini qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər